Xaldakı dəyişikliklərə diqqət edin!

İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur. Bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır?

1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın «hissələrinə» diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

2. Xalın kənarları nahamar olub — dalğavari və ya «dişli» şəkil alıb.
Davamı →

Dərinin piqmentləşməsi

Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Piqmentləşmənin dərəcəsi dəridə melaninin az və ya çox olmasında asılı olur. Dəridə piqmentləşmə dərinin fizioloji müdafiəsi kimi qiymətləndirilir. Piqmentləşmə, düz düşən günəş şüaları dəriyə təsir edən zaman, kimyəvi maddələrin təsirindən (yod) və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir.

Bəzi hallarda isə endokrin sistemi xəstəlikləri, xroniki infeksia xəstəlikləri (vərəm, malyariya), vitamin çatışmazlığı (Pellaqra), qaraciyər funksiyasının pozğunluqları, müxtəlif kimyəvi-toksiki faktorların (mişyak, xinin) orqanizmə daxil olması, dərinin piqmentləşməsinə səbəb ola bilir. Piqmentləşmə insanlarda xoşagəlməz duyğu yaradan xəstəlikdir. İnsanlar buna məruz qaldıqda çox narahatçılıq hissi keçirirlər.
Davamı →

Ziyil

Ziyil – dərinin qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.

Ziyillərin bir neçə növü var:
Sadə ziyillər – kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər – xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər – məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir
Qocalıq ziyilləri – yaşlı adamlarda sinənin, qarnın, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur Ziyillərin aparılmasında dərman bitkiləri ilə müalicə yaxşı səmərə verir.

Gülümbahar çiçəyinin tozu
Qurudulmuş gülümbahar çiçəyi əzilib toz halına salınır və ziyilin üzərinə tökülür. Tənzif və ya parça ilə bintlə bağlanaraq bir gecə saxlanılır.
Davamı →

Kuperoz

Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.
Kuperoz bir çox hallarda heç bir ciddi xəstəliyin əlaməti olmur və yalnız kosmetik defekt yaradır. Bir çox hallarda kuperozun səbəbi irsiyyat olur. Belə insanların damarları zəif, kövrək olur və bu varikozun inkişafına səbəb ola bilər. Bu halda kuperoz uşaq vaxtında əmələ gəlməyə başlayır və ailənin bir çox üzvlərində müşahidə olunur.
Davamı →

Üzdə sızanaq yaradan qidalar

Üzdəki sızanaqların yaranmasının bir çox səbəbləri olsa da, gündəlik qidalarımızın da bunda müəyyən rolu var.

Pəhriz saxlayanlar üçün nəzərdə tutulmuş içkilər:

Belə içkilərin tərkibində olan maddələr üzdə sızanaq yaranmasının başlıca səbəblərindən biridir. Dərinin pH səviyyəsini aşağı salan belə süni içkilərdən uzaq durub evdə hazırladığınız təbii meyvə sularını və kompotları içmək daha məsləhətdir.

İşlənmiş qidalar:

Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. belə qidalar sırasındadır. Bu qidaların tərkibində xüsusi kimyəvi maddələr olduğu üçün allergiya da yarada bilər. Sizə bu qidalardan hansının təsir edib, hansının təsir etmədiyini test edərək yoxlaya bilərsiniz.


Ardı →

Ayaqlarda göbələk

Bu problemlə bir çox insanlar üzləşir. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır. Tibbdə buna mikoz deyilir.

Mikoz daha təz-tez hallarda ayaqları zədələyir. Lakin mikoz insanın bədəninin digər hissələrində də (ovuclarda, əl barmaqları arasında, sinədə, beldə, budlarda, cinsiyyət orqanları nahiyəsində) inkişaf edə bilər. Buna niyə məhz «göbələk» deyilir? Bu iltihabı həqiqətən də mikroskopik göbələk törədir.

Adətən bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar. Bu səbəbdən xəstəliyin profilaktikası üçün belə yerlərdə ayaqyalın gəzməyin, özünüzlə şap-şap götürün. Bu infeksiyaya yoluxmaq çox asandır, lakin onu müalicə etmək üçün bəzən çox vaxt tələb olunur.

Digər insanın ayaqqabısını, paltarlarını geyindikdə, digər insanın dəsmalından istifadə etdikdə də insan göbələyə yoluxa bilər.

Dar, müxtəlif dərini əvəz edən ucuz materiallardan hazırlanan ayyaqqabı geyinən insanlar bu xəstəliyə daha tez-tez tutulur. Belə ayaqqabıda ayaqlar daha güclü tərləyir ki, bu da nəticədə göbələyin çoxalması üçün çox yaxşı şərait yaradır. Beləliklə, ayaqlarda göbələyin profilaktikasının əsas şərtlərdən biri — keyfiyyətli və rahat ayaqqabıların geyinilməsidir.

İmmun sistemi zəif olan və ya hər hansı xroniki xəstəliyi olan (məsələn, şəkərli diabet) insanlar mikozun inkişafına daha çox meyilli olurlar.
Ardı →

Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi (latın dilində «vitium» — «qüsur») qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan «melanin» adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə «boyayır») azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.
Ardı →

Uşaqlarda dəri xəstəlikləri

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyətə malikdir. Uşaqların dərisi böyüklərə nisbətən nazik, zərif, piy və tər vəziləri isə nisbətən azdır.

Dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası böyüklərə nisbətən uşaqlarda xeyli zəif oldugundan, onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır.

Əsas gigiyena qaydaları isə aşağıdakılardır:
— Səhər və axşam əl-üzünü yumaq.

— Yalnız yeməkdən qabad və tualetə getdikdən sonra deyil, məktəbdən, gəzintidən qayıtdıqda, heyvanlarla oynayandan və s. bu kimi hallardan sonra da əlləri yumağa adət etmək.

— Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyışmək.

— Mütəmadi olaraq duş və ya vanna qəbul etmək.

— Yalnız şəxsi daraq, fırça, dəsmal və s. istifadə etmək.
Ardı →

Dodaqlarda herpes

Bəzən insanların dodaqlarında xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərin səbəbi  1-ci tip herpesdir (sadə herpes). İlin soyuq aylarında dodaqlarda herpesin əmələ gəlməsi ehtimalı artır.

Herpes virusdur. Həkimlərin araşdırmalarına əsasən, dünyada insanların 90% bu virusun daşıyıcısıdır. Herpes hava-damcı, cinsi yolu ilə və uşaq ana bətnində olarkən anadan uşağa keçir. Məhz bu səbəbdən insanların əksəriyyətində bu herpes var.


Ardı →